
“Sputnik Armeniya”nın verdiyi məlumata görə,ER Baş naziri Nikol Paşinyan parlamentdə “Bargavac Hayastan” fraksiyasının deputatı Hrant Madatyanın xəyanətkarları niyə cəzalandırılmaması və ölkədəki satqınların cəzalandırılmaması sualını cavablandırarkən, müharibə ilə əlaqədar təqribən 1300 cinayət işi başladıldığını,bununla bağlı ilkin araşdırma aparıldığını söylədi. …
“Mənim bəyanatlarımın bir hissəsi ilə əlqəli artıq cinayət işləri başladılıb, istintaq aparılır. Ümid edirəm, daha doğrusu, bir çox suallara cavab verəcəklərinə əminəm”- deyə Paşinyan qeyd edib.
İlkin istintaq prosesinin ləng getdiyinə o, razı oldu.
“Sürət məsələsi var, ancaq bu sualı qaldırmırsınız, bütün məsələləri ən qısa müddətdə həll etmək üçün hər şeyi etməliyik”- deyərək Baş nazir qeyd edib.
Xatırladaq ki, noyabrın 10-da, saat 00: 18-də, Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatın imzalanmasından bir neçə dəqiqə sonra Baş nazir Nikol Paşinyan Facebook-da canlı yayımda erməni xalqının xəyanətkarları və ölkəni satanları üzündən Artsaxı itirdiyini söylədi.