BaşlıcaSiyasət

Syunik və Tavuş bölgələrinin təhlükəsizliyi üçün dəqiq razılığımız var: Avinyan

Syunikdə Ermənistan-Azərbaycan sərhədi ilə bağlı hər hansı bir hadisə olmayıb. Bunu parlamentdə ER Baş nazirinin müavini Tigran Avinyan Syunik və Tavuş sakinlərinin təhlükəsiliyi ilə bağlı danışırkən bildirib.

“Hazırda Syunik və Tavuş bölgələrinin təhlükəsizliyi üçün həm Azərbaycan, həm də Rus tərəfi ilə dəqiq razılığımız var. Rusiya sərhəd qoşunları oradadır. Syunikdəki Ermənistan-Azərbaycan sərhədində problemimiz olmayıb və ümid edirik ki, olmayacaqdır”,-deyə Avinyan qeyd etdi.

Onun sözlərinə görə, həmin ərazidə sərhəd qoşunlarının müvəqqəti yerləşdirilməsi demək olar ki, başa çatıb.

Avinyan qeyd etdi ki, vəziyyət dəyişkən ola bilər, lakin bu günə qədər işlər rəvan aparılıb.

Daha çox göstər
Back to top button