
“Sputnik Armeniya”nın verdiyi məlumata əsasən,müharibədən sonra ER XİN bir sıra beynəlxalq təşkilatların davranışlarını təhlil edəcək və xarici siyasətlərində müvafiq dəyişikliklər aparacaqdır.
Bu haqda ER Xarici işlər naziri Ara Ayvazyan parlament iclasında qeyd edib.
“İm kaylı” fraksiyasının millət vəkili Narek Mkrtçyan keçən il Ermənistanın “Beynəlxalq Dini Azadlıq İttifaqına” qatıldığını, bununla belə, müharibə dövründə Azərbaycanın mədəni və dini dəyərlərə təcavüz etdiyi zaman bu ittifaqın heç bir addım atmadığını qeyd etdi.
Mkrtçyan bu bloka qoşulmağın məqsədəuyğunluğunu nəzərdən keçirmək mümkün olub-olmadığını qeyd edib.
“Müharibənin gedişi bizim üçün Ermənistan Respublikasının xarici siyasətində müvafiq düzəlişlər etmək üçün vacib bir analitik haldır. Biaim xarici siyasətimiz üçün hər zaman olduğundan daha çox, ən vacib məsələ dövlətin təhlükəsizliyini təmin etməkdir”-deyərək Ayvazyan qeyd edib.
Ayvazyana görə, hər bölgə, ölkə və quruluşun müharibə dövründə apardığı siyasəti ciddi şəkildə təhlil edirlər. Nazir ölkənin təhlükəsizliyinə yönəldiləcək müvafiq düzəlişlərin ediləcəyini əmin etdi.