ArtsaxBaşlıcaSiyasət

Avropa Parlamenti Azərbaycanın müharibə cinayətlərini pislədi: XİN

Ermənistan, Avropa Parlamentinin Türkiyə tərəfindən xarici silahlı terrorçuların Suriya və digər bölgələrdən Dağlıq Qarabağ münaqişəsi bölgəsinə köçürülməsini pislədiyini yüksək qiymətləndirir. Bunu Armenpress-ə ER XİN mətbuat katibi Anna Nağdalyan deyib.

O, Avropa Parlamentinin humanitar məsələlər, xüsusən də əsirlərin dərhal vətənə qaytarılması ilə bağlı mövqeyini vurğulayaraq qeyd edib ki, bir çox vacib müddəalar Avropa Parlamentinin qəbul etdiyi hesabat-qətnamələrdə öz əksini tapdı.

“Biz xüsusilə də yüksək qiymətləndiririk ki, Avropa Parlamenti müharibə cinayətlərini, o cümlədən mülki əhalinin, infrastrukturun, ibadətgahların hədəf alındığını pisləməklə yanaşı, bu cinayətlərin cəzasız qalmamasının lazım olduğunu da vurğuladı.

Biz, Avropa Parlamentinin Türkiyəni Dağlıq Qarabağ münaqişəsinə müdaxiləsindən, o cümlədən Azərbaycana hərbi yardım göstərməkdən və sabitliyi pozan hərəkətlərindən çəkinmə çağırışı ilə razıyıq.

Qeyd etmək lazımdır ki, Artsax xalqının təhlükəsizliyi, mədəni və dini irsin qorunması məsələləri qətnamədə layiqincə əks olunmuşdur. Avropa Parlamentinin Artsaxa humanitar yardım göstərmə mövqeyindən heç bir maneə olmadan hərəkət etməsi vacibdir.

Biz beynəlxalq ictimaiyyətin qətnamələr şəklində müharibənin səbəblərinin və nəticələrinin aradan qaldırılmasına töhfə vermə səylərinə əhəmiyyət veirirk. Bu həm də ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin son həllinin tapılması və Artsaxın həmsədrlər tərəfindən təklif olunan əsas prinsiplərə əsaslanan gələcək statusunun müəyyən edilməsi deməkdir.

Bu nüfuzlu beynəlxalq qurum tərəfindən təsdiq olunduğu kimi, Dağlıq Qarabağ məsələsinin əsasında Artsax xalqının öz müqəddəratını təyin etmə və təhlükəsizlik hüququ vardır”,-deyə Nağdalyan vurğuladı.

Daha çox göstər
Back to top button