BaşlıcaSiyasət

Ayvazyan, Fransanın Xarici işlər naziri ilə əsirlər məsələsiylə əlaqədar danışıb

 “Sputnik Armeniya”nın verdiyi məlumata görə, ER Xarici işlər naziri Ara Ayvazyan, Fransa Xarici işlər naziri Jan-İv Lı Drian ilə telefon danışığı edib.

Həmsöhbətlər Dağlıq Qarabağ münaqişəsi zonasındakı müharibədən sonrakı vəziyyət, regional təhlükəsizlik və sülh məsələləri barədə ətraflı danışıblar. Bu  haqda ER XİN-nin  mətbuat xidməti məlumatlandırıb.

“Noyabrın 9-da atəşkəs və sülhməramlıların Artsaxa yerləşdirilməsinə dair üçtərəfli bəyannamə müddəalarının tətbiqini təqdim edən nazir Ayvazyan, öz fransız həmkarının diqqətini, təcili  həll tələb edən humanitar məsələlərin tam ünvanlı  mühümlük üzərinə cəlb etdi.

Xüsusiylə diqqəti,  hərbi əsirlər və girovlar statusunda  peyda olunan mülki şəxslərin vətənə dönüşü həll edilməsinin zəruriliyinə yönəltmişdir”-deyərək mesajda qeyd edilib.

Ermənistan və Fransa Xarici işlər nazirləri Artsaxdakı humanitar böhranın həlli üçün atılan addımlar barədə fikir mübadiləsi apararaq beynəlxalq təşkilatların bu prosesdə birbaşa və davamlı iştirakının vacibliyini vurğuladılar.

Xarici işlər nazirlərinin söhbətinin əsas mövzularından biri Azərbaycanın nəzarəti altında olan ərazilərdə Artsaxın tarixi, mədəni və dini irsinin qorunub saxlanılması istiqamətində atılan addımlar və bu prosesdə beynəlxalq strukturların rolu idi.

Nazir Ayvazyan, problemin aktuallığının Azərbaycanın erməni irsini məhv etmək və mənliyini təhrif etmək səyləri baxımından atdığı addımları vurğuladı.

Telefon danışığı ərzində,ATƏT-in Minsk qrupu həmsədrləri çərçivəsində sülh prosesinin bərpasına və bununla bağlı həmsədrlərin yaxınlaşan cədvəlinə toxundular.

Həmsöhbətlər ikitərəfli gündəliyin bir sıra məsələləri və müxtəlif səviyyələrdə dialoqun genişləndirilməsi barədə də fikir mübadiləsi apardılar.

Daha çox göstər
Back to top button