
Ermənistan sərhədi yaxınlığında keçirilən Türkiyə-Azərbaycan təlimləri, Türkiyə-Azərbaycan rəhbərliyinin Ermənistana qarşı sülh niyyətində olduqlarını sübut etmir, düşmən hərəkətlərinin dayandırılması isə etibar üçün şərait yarada bilər. Bu barədə PanARMENIAN.Net-in sualına cavab olaraq ER XİN mətbuat katibi Anna Nağdalyan deyib.
“Türkiyə-Azərbaycan rəhbərliyinin heç bir şəkildə hərəkətlərlə möhkəmləndirilməyən açıqlamalarını şərh etmək istəməzdim. Üstəlik, onlar bir-birinə ziddirlər. ATƏT-in öhdəliklərini pozaraq Ermənistan sərhədi yaxınlığında keçirilən Türkiyə-Azərbaycan hərbi təlimləri, Türkiyə-Azərbaycan rəhbərliyinin Ermənistana qarşı sülh niyyətində olduqlarını sübut etmir. Ermənistana qarşı hərbi əməliyyatların dayandırılması bölgədə etimadın möhkəmlənməsi üçün şərait yarada bilər”- deyə Nağdalyan qeyd edib.
Qeyd edək ki, Türkiyənin Xİ naziri Mövlud Çavuşoğlu deyib ki, sülh davam edəcəyi təqdirdə Türkiyə və Azərbaycan Ermənistan ilə münasibətləri normallaşdırmaq üçün addımlar atmağa hazırdır.