BaşlıcaSiyasət

Lin Treysi: ABŞ DQ münaqişəsinin uzunmüddətli siyasi həll yolunu tapmaq üçün çalışacaq”

ER parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə Daimi komissiya sədri Andranik Koçaryan yanvarın 20-də, ER-da  ABŞ-ən  Fövqalədə və səlahiyyətli  səfiri Lin Treysinin başçılıq etdiyi nümayəndəliklə  görüşüb.

Onun tərkibində  səfirliyin hərbi attaşesi Skot Maksvel, Siyasi və iqtisadi məsələlər üzrə  məsuliyyətçi Kim Zappel olub.

Müharibə ilə bağlı prioritet məsələlərə toxunan Andranik Koçaryan, əsir mübadiləsi üçün hər cür səy göstərməyin lazım olduğunu vurğuladı.

“Hərbi əsirlər problemi, mümkün olan bütün kanallarla həll edilməli olan vacib bir humanitar problemdir”-deyərək  o, qeyd edib.

Həmsöhbətlər Azərbaycan tərəfinin  Yaxın Şərqdən gələn terrorçular və muzdlular müharibəsində  cəlb olunmasından   da  danışdılar.

“Suriyadan və digər Yaxın Şərq ölkələrindən muzdluların müharibəyə  cəlb olunması danılmazdır və bu həqiqət həm Fransa, həm də Rusiya Federasiyası kimi dünyanın aparıcı ölkələrinin kəşfiyyat xidmətləri tərəfindən təsdiq edilmişdir.

Faktiki bu müharibədə Müdafiə Ordusu Azərbaycana, Türkiyəyə, terrorçulara və müasir İsrail silahlanmalarına qarşı vuruşub”-deyərək Koçaryan qeyd edib.

“ATƏT-in Minsk qrupunun həmsədri olaraq ABŞ Dağlıq Qarabağ münaqişəsinin davamlı siyasi həll yolunu tapmağa çalışacaqdır.  Bu istiqamətdə fərqli səviyyələrdə dialoqa nail olmağa çalışmalıyıq”-deyərək  Lin Treysi bəyan edib.

Komissiya sədri Dağlıq Qarabağın statusunun aydınlaşdırılmasının bölgədə təhlükəsizlik zəmanətinə çevrilə biləcəyini və hazırda bu istiqamətdə çalışmaq lazım olduğunu qeyd etdi.

Görüşün sonunda iqtisadi münasibətlərin təhlükəsizliyinin təmin edilməsi,ER  Silahlı qüvvələrinin  islahatlarına  yönəlmiş qanunvericilik təşəbbüsləri, habelə səfirliyin dəstəyi ilə çavuşların hazırlanması üçün institusional imkanlar ilə bağlı məsələlər müzakirə edilmişdir.

Daha çox göstər
Back to top button