BaşlıcaSiyasət

ABŞ-ın ER-dəki səfirliyi: DQ-ın status məsələsinin siyasi həlli vacibdir

Birləşmiş Ştatlar, erməni xalqının demokratik təsisatları gücləndirmək və islahatlar yolu ilə daha da çiçəklənən Ermənistan qurmaq istəklərini dəstəkləmək üçün Ermənistanın xalqı, hökuməti, vətəndaş cəmiyyəti, media və özəl sektorla işləmək öhdəliyini təsdiqləyir. Bu barədə “Demokratiya qiymətsizdir” adlı məqalədə ABŞ-ın ER-dəki səfiri Li M. Treys qeyd edib.

“Demokratiya və qanun aliliyi Birləşmiş Ştatların və Ermənistan münasibətlərinin təməl daşlarındandır, amma ümumi gündəliyimiz daha genişdir. Davamlı və əhatəli iqtisadi artımın dəstəklənməsi, ticarətin və investisiyaların genişləndirilməsi, ətraf mühitin resurslarının məsuliyyətli idarə edilməsi, COVİD-19 pandemiyasına qarşı mübarizə və təhsil vasitəsi ilə  insanlara qoyulan investisiya ABŞ-Ermənistan dərin və hərtərəfli tərəfdaşlığı əks edirir, hansı da şübhəsiz, daha da gücləndirəcək.

Biz anlayırıq ki, ilk növbədə Dağlıq Qarabağın dağıdıcı münaqişəsindən sonra irəliləməyə imkan verəcək  işlərini aparmaq lazımdır. Birləşmiş Ştatlar,  əsirlərin dərhal və təhlükəsiz şəkildə qaytarılması çağırışını bir daha təsdiqləyir. Bütün günahkarlar məsuliyyətə cəlb edilməlidir. Hərbi əməliyyatların dayandırılmasına baxmayaraq, Dağlıq Qarabağın status məsələsinin siyasi həlli regional sülhün və sabitliyin möhkəmləndirilməsi üçün vacibdir”- deyə ABŞ-ın Ermənistandakı səfiri qeyd edib.

Daha çox göstər
Back to top button