
ABŞ konqresmeni Adam Şiff “Azbarez”-ə müsahibəsində qeyd eti ki, Konqres Artsaxın müstəqilliyini tanımalıdır, ATƏT-in Minsk qrupu isə Dağlıq Qarabağ münaqişəsinin sülh prosesində iştirak etməlidir.
“ATƏT-in Minsk qrupu aparıcı rolu yenidən oynamalıdır. Bizlərdən çoxu illərdir xəbərdarlıq etdik ki, Azərbaycanın təxribat xarakterli hərəkətlərinə icazə verilib və o zaman Minsk Qrupunun üzvlərinin, hətta ABŞ təmsilçisinin tərəfləri yalnız zorakılığa son qoymağa çaırıblar”,- deyə Adam Şiff qeyd etdi.
Onun sözlərinə görə, Azərbaycan tərəfindən aparılan bu hərbi kampaniyanın başlanğıcının bir məqsədi var, o da hərbi gücün köməyi ilə xəritəni dəyişdirmədir.
“Məsələ hələ də həll olunmayıb. Ərazi problemləri, hərbi əsirlər, hərbi cinayətlər, tarixi və mədəni abidələrin dağıdılması ilə bağlı bir çox məsələ var. Bu məsələlərin həlli prosesinə başlamaq üçün ATƏT-in Minsk işə başlamalıdır. Ümid edirəm yeni rəhbərlik hər şeyə üstünlük verəcəkdir. Biz bu məsələnin Rusiya və Türkiyənin həll etməsini istəmirik. Biz Minsk Qrupunun qərarlar qəbul etməsini istəyirik ki, davamlı bir sülhümüz olsun. ATƏT Minsk qrupu, bu məsələni həll edin.
Bir şey aydındır; Artsax məsələsi həll olunmayıb, sadəcə müvəqqəti atəşkəs imzalanıb. Azərbaycan da bunu pozur”,- deyə konqresmen qeyd etdi.