BaşlıcaSiyasət

Artsax erməniləri tənha deyil : AR Prezidenti Sinanyanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi

“SputnikArmeniya”nın verdiyi məlumata görə, Artsaxın Prezidenti Arayik Harutyunyan yalnız ümumerməni səyləri ilə Artsaxı bərpa etmək və inkişaf etdirmək mümkün olacağını düşünür, bu baxımdan Ermənistan-Artsax-Spyurk  üçlüyünün koordinasiyalı işi məcburi şərtdir.

Artsax Respublikası Prezidentinin mətbuat xidməti xəbər verir ki, Harutyunyan,  ER Baş nazirinin iş heyəti üzrə Spyurk işlərinin baş  missoneri  Zareh Sinanyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən belə bir fikir söyləyib.Bu haqda AR  Prezidentinin mətbuat xidməti bəyan edib.

Görüşdə vətən-spyurk münasibətləri, Artsaxdakı mənzil tikintisi proqramları ilə evsiz qalan vətəndaşların problemlərinin həlli ilə bağlı bir sıra məsələlər müzakirə edilib.

“Harutyunyan qeyd edib ki, müharibə n əticələriylə şərtlənən erməni Spyrkun əhval-ruhiyyəsini yaxşı bildiyini vurğulayaraq, hər kəsin diqqətini Artsaxda öz gələcəyini qurmaq istəyən on minlərlə artsaxlıları dəstəkləmək mühümlüyü üzərinə   yönəltmək istədiyini vurğuladı”- deyərək məlumatda qeyd olunur.

Sinanyan da öz növbəsində hər zaman olduğu kimi Artsax ermənilərinin tənha olmadığını və bütün həyati məsələlərin həllində müvafiq ortaq işlərin aparılacağını qeyd etdi.

Görüşdə ER və AR hökumət üzvləri və digər rəsmi şəxslər iştirak etmişdir.

Xatırladaq ki, Artsax hökumətinin verdiyi məlumata görə müharibə nəticəsində təxminən 40.000 Artsaxlı evlərindən məhrum edilmişdir.

Daha çox göstər
Back to top button