BaşlıcaSiyasət

Kars hərbi təlimlərinin texniki xüsusiyyətlərinə görə, bu hücum xarakteri daşıyır: hərbi ekspert

Hərbi ekspert Karen Hovhannisyan yazır: “Kars hərbi təlimlərinin texniki xüsusiyyətlərinə görə, bu hücum xarakteri daşıyır. Üstəlik, bu  blitskrieg kimi deyil, uzunmüddətli hərbi əməliyyatlara xas olan hərbi təlimdir.

Təlimin Türkiyə-Azərbaycan ortaq hərbi təlimi kimi qəbul edilməsinə baxmayaraq, daha çox Türkiyə-Naxicevan təlimi sayıla bilər, çünki yalnız Naxicevanda yerləşən qarnizon iştirak edir.

Azərbaycanda nə qədər Türkiyə-Azərbaycan kimi təqdim etməyə çalışsalar da, türk mətbuatı bunu Türkiyə-Naxicevan kimi təqdim edir. Türkiyənin şərq sərhədində bu cür texniki xüsusiyyətlərlə hərbi təlimlər keçirmək təcrübəsi olmayıb. Doğrudur, hərbi təlimlər əvvəllər də olub, ancaq piyada və ya xüsusi təyinatlıların iştirakı ilə, Silahlı Qüvvələrin Bakıdan cəlb olunması ilə keçirilib.

Burada ətraflı təhlil edilməsi lazım olan olduqca diqqətəlayiq nüanslar var”.

Daha çox göstər
Back to top button