Ermənistan Parlamentinin “Parlaq Ermənistan” fraksiyasının lideri, Avropa Şurası Parlament Assambleyasındakı Ermənistan nümayəndə heyətinin üzvü Edmon Marukyan AŞPA-da “Azərbaycanda saxlanılan erməni əsirlərinə azadlıq” yazısı ilə poster qaldırıb.
“Armenpress” in verdiyi məlumata görə, Marukyan bununla bağlı “Facebook” səhifəsində video yayımlayıb.
“AŞPA sessiyasına etiraz səslərimizi qaldıraraq, Azərbaycana beynəlxalq təzyiqlər tələb edərək, bir gün əvvəl erməni əsirlərin sərbəst buraxılmasını tələb etməklə başladıq”-deyə o yazıb.