
Rus sülhməramlılar Dağlıq Qarabağda müşahidə məntəqələrində müntəzəm olaraq təlimlər keçirlər. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi bildirib.
RF Müdafiə Nazirliyinin bəyanatına əsasən, rus sülhməramlılar keçid məntəqəsini qorumaq və nəqliyyatın hərəkətini dayandırmaq üçün tədbirlər gördülər.
Qeyd olunub ki, Dağlıq Qarabağdakı rus sülhməramlılarının müşahidə məntəqələri hərbi qulluqçuları atıcı silahlardan və qəlpələrdən qorumaq üçün hazırlanmı “Blokpost” istehkamları ilə təchiz olunub.