
Almaniyanın Ermənistana təxminən 30 ton humanitar yardım göndərdi. Bu barədə ER Xarici İşlər Nazirliyindən məlumat verilib.
“Bu, Ermənistan Respublikasının Almaniyadakı Səfirliyi, Erməni Apostol Kilsəsinin Alman-Erməni Yeparxiyasının və “Silva Kaputiklyan” birliyinin sıx əməkdaşlığ ilə təşkil edildi”,- deyə bildirilib.
Humanitar yardım əsasən dərmanları, tibbi avadanlıqları və sosial sahə üçün zəruri olan əşyaları əhatə edir. Stepanakert Reabilitasiya Mərkəzi üçün də müvafiq avadanlıqlar var.

Xatırladaq ki, noyabrın əvvələrində Ermənistanın Almaniyadakı səfirliyi, Almaniyadakı Erməni Apostol Kilsəsinin və Almaniya Federativ Respublikası Hökumətinin birgə səyləri ilə Ermənistana bir tonluq humanitar yardım göndərildi.
ER Xarici İşlər Nazirliyindən bildiriblər ki, federal hökumət artıq BQXK-ya dəstək proqramları üçün 2 milyon avro, Alman Qızıl Xaç Ermənistan Qırmızı Xaça 200.000 avro, federal hökumət isə GIZ Yerevan ofisi vasitəsi ilə 300.000 avro yardım verib.