
Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan Mardakert şəhərinə gedib və bölgə rəhbərliyi, icmalar və müəssisə rəhbərləri tərkibiylə görüşmüşdür.
Görüşdə eləcə də Artsax qəhrəmanı, Müdafiə Ordusunun N diviziyasının komandiri Karen Şakaryan da iştirak edib.
Prezident müharibədən sonrakı vəziyyəti, hökumət tərəfindən atılan addımların ardıcıllığını təqdim edərək, dövlət, idarəetmə sistemi üçün fəaliyyət proqramı təşkil edən təhlükəsizlik, humanitar və sosial-iqtisadi sahələrdə olan önəmliklri, bütün bunların dövlət idarəçiliyi sistemi üçün fəaliyyətlər gündəmini formalaşdımasını qeyd etdi. .
Bölgə icmalarına evsiz vətəndaşların köçürülməsi prosesi ilə əlaqədar olaraq Prezident Harutyunyan bu istiqamətdə səyləri gücləndirməyə çağırdı və yaxın gələcəkdə hökumətin kənd icmalarında məskunlaşmış vətəndaşların iqtisadi fəaliyyəti üçün müxtəlif imkanlar yaradacağını vurğuladı.
Görüş ərzində Respublika Prezidenti həmçinin, iştirak edənləri narahat edən sualları cavablandırıb.
Daha sonra Arayik Harutyunyan, Mardakertin dini xadimi kahin Ter Hovhannes Hovhannisyanın müşaiyyətiylə Martakertdə inşası davam edən Surb Hovhannes Karapet kilsəsini ziyarət etdi.
Orada həyata keçirilən inşaat işləriylə tanış olmuş vəd edib ki, dövlət tərəfindən inşaatı qısa müddətdə sona çatdırmaq üçün müvafiq dəstək göstəriləcək.