
Ermənistan, Rusiya və Azərbaycan baş nazir müavinlərinin görüşü yaxın günlərdə keçiriləcək, dəqiq tarix və vaxt hələ müəyyənləşdirilir. Bu barədə ER Baş nazir müavini Mher Grigoryanın ofisindən məlumat verilib.
“Görüş yaxın günlərdə keçiriləcək, dəqiq tarix və vaxt hələ müəyyənləşdirilir. Gündəmdə hər hansı bir konkret istiqamət və ya infrastruktur vurğulanmır, regional nəqliyyatın blokadadan çıxarılması ilə bağlı müxtəlif məsələlərin müzakirəsi nəzərdə tutulur”-deyə ofisdən bildirilib.