BaşlıcaSiyasət

Fransa İnkişaf agentliyi, Ermənistanın səhiyyə sektoruna maliyyə yardımı göstərəcək

Səhiyyə naziri Anahit Avanesyan, Fransanın Ermənistandakı səfiri Jonatan Lakote, Fransa İnkişaf agentliyinin Cənubi Qafqaz üzrə direktoru Rafael Gozan ilə mümkün maliyyə yardım istiqamətlərini müzakirə etmək üçün görüşüb.

Bu  haqda ER Səhiyyə nazirliyindən “Armenpress” ə məlumat verilib.

“Fransa hökumətinə davamlı dəstəyi üçün minnətdarıq. Çox şadam ki, yaxın gələcəkdə bir sıra sahələrdə iş proseslərini intensivləşdirmək, səhiyyə sistemini yaxşılaşdırmaq üçün əlimizdən gələni edəcəyik, çünki çox vacib və həssas bir sektorla məşğuluq”- deyərək  Anahit Avanesyan qeyd edib.

Jonatan Lakote, iki ölkə arasında bu sahələrdə əməkdaşlığın təsirli olacağına və səhiyyə sektorunun yaxşılaşdırılması istiqamətində işlərin davam etdiriləcəyinə ümidvar olduğunu bəyan edib.

Daha çox göstər
Back to top button