BaşlıcaSiyasət

Gürcüstanda naməlum şəxslər erməni yük maşınları istiqamətinə daş atmışlar: məsələylə bağlı cinayət işi qaldırılıb

Gürcüstanın Kvemo Ponistsala yaşayış ərazisində yanvarın 25-də naməlum şəxslər erməni yük maşınlarını daşa basıb

Bəzi yük maşınlarının şüşələrini və yan şüşələrini qıraraq onlar hadisə yerindən qaçıblar.

 “Armenpress”-in verdiyi məlumata görə, bu haqda Ermənistanın Gürcüstandakı səfirliyi məlumatlandırıb..

Səfirlik qeyd edir ki, daha sonra yük maşınları patrul polisinin müşayiəti ilə Gürcüstan-Ermənistan sərhədinə çatıb və oranı keçiblər.

“Gürcüstan Daxili işlər nazirliyi bu işlə bağlı cinayət işi qaldırıb.

“Ermənistanın Gürcüstandakı səfirliyi Gürcüstanın müvafiq qurumları ilə daim əlaqə saxlayır və eyni zamanda bu kimi halların təkrarlanmaması üçün günahkarların qanun çərçivəsində məsuliyyətə cəlb edilməsi üçün fəal işləyir”- deyərək  məlumatda qeyd olunur..

Mətbuatda yer alan məlumatlara görə, erməni yük maşınlarına hücum edənlər azərbaycanlılar olub.

Daha çox göstər
Back to top button