
Yanvarın 25-də Ermənistan Respublikasına, Rusiya Federasiyasının Silahlı qüvvələrinin Baş qərargah rəisinin müavini,general- polkovnik Sergey İstrakovun başçılıq etdiyi nümayəndə heyəti erməni-rus ikitərəfli hərbi əməkdaşlığın bütün istiqamətləriylə qərargah danışıqlarında iştirak etmək məqsədiylə səfər edib.
Elə həmin gün nümayəndə heyətinin başçısı ER Müdafiə naziri Vağarşak Harutyunyan tərəfindən qəbul edilib.
Sergey İstrakov, ER Silahlı qüvvələrinin Baş qərargah rəisi, general-polkovnik Onik Gasparyan ilə də görüşmüşdür.
Görüşlər zamanı qarşıdakı işlərin əhatə dairəsi və istiqamətləri müəyyənləşdirilib.