BaşlıcaSiyasət

Tatevik Hayrapetyan: “Erməni əsirlərinin Azərbaycanda həyatı təhlükə altındadır”

“İm kaylı” parlament fraksiyasının üzvü, azərbaycanşünas  Tatevik  Hayrapetyan öz Facebook səhifəsində AŞ PA-nın qış sessiyasının bu gün Strasburqda açıldığını, burada Ermənistan nümayəndə heyətinin də iştirak etdiyini söylədi. Heyətin əksəriyyəti Strasburqdadır, Naira Zohrabyan və Mikayel Melkumyan isə qiyabi iştirak edirlər.

“Bütün müzakirələr ərzində bir nömrəli məsələ qaldırılır – hərbi əsirlər  və girovlarla bağlı məsələlər.

Digər məsələlər də var: hərbi cinayətlər, anti-erməni siyasəti, terrorçuların iştirakı,unlar barədə  nümayəndə heyətinin  üzvləri qarşıdakı çıxışlarında toxunacaqlar.

Bu gün siyasi qrupların müzakirəsi zamanı bir daha hərbi əsirlər məsələsinin aktuallığını vurğuladım və siyahıda olan əsirlərdən biri Arsen Karaxanyanın AİHM-in müvəqqəti bir tədbir tətbiq etməsindən sonra öldürüldüyünü bir misal gətirdim.

“Bu, misilsiz bir hadisədir və bir daha Azərbaycandakı erməni  hərbi əsirlərinin həyatının təhlükə altında olduğunu faktlaşdırır” deyərək Hayrapetyan qeyd edib.

Daha çox göstər
Back to top button