BaşlıcaSiyasətTəhlil

Türkiyə ilə Azərbaycanın keçirəcəyi növbəti hərbi təlimlərin məqsədi nədir?

Türkiytə və Azərbaycan Silahlı Qüvvələri növbəti hərbi təlimlərə hazırlaşır. Şərqşünas Taron Hovhannisyan “Taratsaşrjan” (“Region”) verilişində fevralın 1-12-də Karsda keçiriləcək hərbi təlimlər barədə danışdı. Türkiyə tərəfindən verilən məlumatlara görə, “Qış-2021” təlimlərinə tank-artilleriya bölmələri, snayperlər, xüsusi təyinatlılar, habelə helikopterlər cəlb ediləcəkdir.

Sual – Bildiyimiz kimi, keçən dəfə hərbi təlimlər Ermənistanla Azərbaycan arasında Tavuş hadisələrindən sonra keçirildi və təlimlərdən sonra 44 günlük müharibə başlandı. Bu dəfə keçirilən təlimlərin təhdidi və ya mesajı nədir?

Cavab – Azərbaycan Müdafiə Nazirliyi və Türkiyə tərəfindən yayılan məlumatlar, videolar və şəkillərə baxaraq deyə bilərik ki, bu hərbi təlimlər genişmiqyaslı deyil. Azərbaycandan sadəcə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun bir bölməsi iştirak edəcəkdir, yəni Azərbaycan tərəfinin iştirakı o qədər də böyük planlaşdırılmır və bu, format olaraq da yeni bir şey deyildir. Səhv xatırlamıramsa, 2014-cü ildən bəri Azərbaycan və Türkiyə Kars ərazisində birgə təlimlər keçirmişdilər. Bu yeni bir şey deyil, ancaq bu göstərir ki, 2020-ci ildə Artsaxa qarşı başladılmış müharibədən sonra da Türkiyə və Azərbaycan indi və yaxın gələcəkdə öz aqressiv anti-erməni siyasətini dəyişdirməyə hazır deyillər. Türkiyə bu müharibədə həm silah təchizatı, həm idarəetmə dirələrinə cəlb olunma, həm də terrorçular və muzdlular gətirmə baxımından çox fəal şəkildə və birbaşa iştirak edirdi. Bu iki ölkə gələcək illərdə də aralarındakı aktiv hərbi əməkdaşlığı davam etdirəcəklər və bu kontekstdə son illərdə tendensiyalar və dinamika artmaqdadır. Davam edən aqressiv ritorikanın da şahidi olacağıq. Azərbaycan tərəfindən bu təlimlərdə iştirak edən qoşunların sayı böyük olmasa da, Azərbaycan və Türkiyə elə təəssürat yaratmaq istəyir, guya bu təlimlər böyük və misilsizdirlər.

Sual – 9 noyabr bəyanatından sonra Azərbaycan tərəfindən nifrət nitqinin və təhdidlərin artdığının şahidi oluruq. Fikrinizcə, bütün bunlar nə dərəcədə Azərbaycanın təşəbbüsüdür və nə dərəcədə Türkiyə tərəfindən idarə olunur?

Cavab – Türkiyə tərəfindən idarə olunmaq deməsək da, dəsətəklənmək deyə bilirik. Türkiyənin regionda fəallaşdığı, hərbi sənayesinin inkişaf etdiyi bir zamanda ölkə rəhbərliyi qonşu ölkələrə qarşı aqressiv siyasətə keçdi və Türkiyənin artan təcavüzkar regional siyasəti Azərbaycana təcavüzkar siyasətini praktik səviyyədə gücləndirməyə imkan verdi.

Sual – Müharibədən sonra Türkiyə və Azərbaycan Ermənistan ətrafında bir təhdid mühiti yaradaraq siyasi gündəmi diktə etməyəmı çalışırlar? Ermənistan sərhədləri yaxınlığında bu cür hərbi təlimlərin keçirilməsi bu siyasətin bir hissəsidirmi?

Cavab – Mən yalnız bu təlimlərə baxmazdım. Dediyim kimi, bu təlimlərin keçirilməsi çox böyük hadisə deyil, bu sadəcə bu siyasətin bir hissəsidir. Biz bu il daha genişmiqyaslı hərbi təlimlər görəcəyik. Son 4-5 ildə onlar ildə bir neçə dəfə təlim keçirirlər və bu təlimlərdən biri daha genişmiqyaslı olur. Ənənəyə görə, genişmiqyaslı təlimlər məhz Azərbaycan ərazisində keçirilir. Türkiyə və Azərbaycan vəziyyətdən maksimum istifadə etməyə çalışırlar. Müharibədən sonra infrastrukturun və nəqliyyat marşrutlarının açılacağı barədə bəyan etsələr də, onlar üçün sadəcə Azərbaycanın alacağı dividentlər maraqlıdır. Bu, Naxicevan və Türkiyə ilə quru əlaqəsidir. Orada hətta deputatlar səviyyəsində bildirilir ki, onlar Gürcüstan ərazisinin monopoliyasından qurtulacaqlar. Düzgün siyasət nəticəsində Ermənistan da bundan faydalana biləcək, ancaq bu, Türkiyə və Azərbaycanın motivi deyil, onlar öz təcavüzkar siyasətini mümkün qədər inkişaf etdirməyə çalışacaqlar və müxtəlif mövzularda siyasi dividentlər əldə etmək üçün təzyiq göstərəcəklər.

Sual – Birgə təlimlərdən başqa, Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq yaxın gələcəkdə hansı istiqamətlərdə inkişaf edəcəkdir?

Cavab – Onlar hərbi-texniki əməkdaşlığı gücləndirməyə çalışacaqlar. Dünya hərbi-sənaye şirkətləri siyahısında bir neçə türk şirkəti var, bu şirkətlər əsasən kəşfiyyat və zərbə PUA-ları istehsal edir, bunlar müharibədə Azərbaycan tərəfindən də istifadə olundu. Türkiyə üçün bu əməkdaşlığın Azərbaycanda Rusiyanın təsirini azaltmaq baxımından ciddi önəmi var. 2020-ci ildə müharibə zamanı, faktiki olaraq, Azərbaycan Rusiya silah idxalından asılı deyildi. Hərbi təhsil baxımından da son 10 ildə aktiv əməkdaşlıq vardır. Azərbaycan zabitləri təhsilini NATO standartlarına uyğunlaşdırmaq məqsədi ilə Türkiyənin hərbi müəssisələrində təhsil alır. Azərbaycan Silahlı Qüvvələrinin zabitlərinin əksəriyyəti Türkiyədə təhsil alıb, rus-sovet təhsillilərin sayı çox azdır, bəziləri müharibə dövründə Silahlı Qüvvələrdən çıxardıldı. Onlardan biri də Baş Qərargah rəisi, 4-cü Ordu korpusunun komandiriydi. 5-10 ildən sonra Azərbaycan ordusunun zabitlərinin 90% -i Türkiyədə təhsil almışlar olacaqdır. Bu, Türkiyənin ordudakı təsirinin kəskin artacağı anlamına gələcəkdir.

Daha çox göstər
Back to top button