AŞ PA qətnaməsi erməni mövqeyi ilə uyğundur

AŞ PA monitorinq komitəsinin müşahidələri əsası üzərində qəbul edilən qətnamə tövsiyə xarakteri daşıyır və hüquqi-siyasi baxımdan mühümdür.
Bu haqda “Radiolur” ilə söhbətində Strasburqdan AŞ PA Ermənistan nümayəndə heyətinin üzvü “İm kaylı” fraksiyasının deputatı Vladimir Vardanyan qeyd edib.
Onun sözlərinə görə, sənəd nazirlər komitəsi və AİHM-in qərarlarına təsir edə bilər.
“Bu qaydada qətnamələr arxa plan rolunu oynayır, istinad üçün əsas olur.
Həmişə bu sənədə istinad edib deyə bilərik ki, bu, yalnız bizim fikrimiz deyil, həm də AŞ PA onu dəstəkləyir. Erməni nümayəndə heyəti üçün əsas məsələ hərbi əsirlərin geri qaytarılmasıdır”.
Yanvarın 25-də gecə AŞPA 2020 Monitorinq komitəsində müşahidələr əsasında bir qətnamə qəbul etdi və burada xüsusilə qeyd edilib:
“Azərbaycan və Ermənistan siyasi dialoqa müdaxilə edən ritorikadan hansı ki, siyasi dialoqa mane olur çəkinməli və imkan daxilində üçtərəfli razılaşmanın şərtlərini tez yerinə yetirməlidirlər”.
Assambleya, Bakını humanitar məsələlərə dair noyabrın 9-da üçtərəfli bəyanatının müddəalarını ən qısa müddətdə həyata keçirməyə çağırır.
AŞ PA eyni zamanda hərbi əsirlərin mübadiləsinə dərhal başlamağı, mədəni irsə hörmət etməyi, siyasi dialoqa müdaxilə edən ritorikadan çəkinməyi tövsiyə edir.
“Assambleyada münaqişə zamanı Artsaxda humanitar və insan haqlarının pozulması xəbərləri ilə yanaşı dini məkanlara, abidələrə və xüsusi mülklərə zərər verildiyi barədə məlumatlardan ciddi narahatlığını bildirib”.
AŞPA bu işlərin tam araşdırılmasını gözləyir. Bütün qanun pozuntuları aradan qaldırılmalı və günahkarlar məhkum olunmalıdır”- deyərək qətnamədəqeyd olunub.
Vladimir Vardanyanın sözlərinə görə, avropalı deputatlar Avropa Şurasının baş katibinə erməni hərbi əsirlərini geri qaytarılmasına necə dəstək verəcəklərini də xatırlatdılar.
Erməni nümayəndə heyətinin bütün üzvləri eyni zamanda erməni məhbusların qaytarılması və Azərbaycanın cinayətləri barədə danışdılar.
“Mən dedim ki, Azərbaycan Avropa Məhkəməsinin hökmlərinə əməl etmir, irqi ayrıseçkilik nümayiş etdirir və bu ölkəyə qarşı tolerantlıq göstərmək yolverilməzdir”.
“Lusavor Hayastan” fraksiyasının lideri Edmon Marukyan çıxışında beynəlxalq ictimaiyyəti bir gün əvvəl erməni hərbi əsirlərin və mülki şəxslərin sərbəst buraxılmasını tələb edərək Azərbaycana beynəlxalq təzyiq göstərmək üçün etiraz səsini qaldırmağa çağırdı.
“Azərbaycan nümayəndə heyəti etimaddan danışır, ancaq erməni əsirlərini Azərbaycan həbsxanalarında saxlamağa, yaşlı erməni əsirlərin başını kəsməyə davam edir” – deyərək Marukyan qeyd edib.
Erməni nümayəndə heyəti əmindir ki, beynəlxalq cəmiyyət əsirlərin azadlığa buraxılması üçün Azərbaycana təzyiq göstərməli və bütün mümkün vasitələrdən istifadə etməlidir.