BaşlıcaSiyasət

Ruben Rubinyan, Azərbaycanda erməni hərbi əsirləri məsələsini AŞ PA Baş katibi ilə müzakirə edib

Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan, Avropa Şurasının Baş katibi Maria Peyçinoviç- Buriç və Avropa Şurası Parlament Assambleyasının sədri  Rik Dayms ilə  Azərbaycanda olan erməni hərbi əsirləri məsələsini müzakirə etmişdir.

Bu haqda  Rubinyan öz  Fasebook səhifəsində yazıb.

 “Bu gün Strasburqda Avropa Şurasının Baş katibi Maria Peyçinoviç- Buriç və Avropa Şurası Parlament Assambleyasının sədri Rik Daym ilə görüşlər keçirdim.

“Hər iki səlahiyətlilər Azərbaycanda erməni hərbi əsirlərin və digər saxlanılan  şəxslərin taleyi məsələsini, eləcə də Azərbaycanda anti-erməni nifrətinin təzahürü mövzusunun diqqət mərkəzində olacağına  bildirdilər”-deyərək Rubinyan qeyd edib.

Ruben Rubinyan görüşlər zamanı AŞ və AŞ PA nümayəndələrinin Artsaxa səfəri barədə də danışıldığını qeyd edib.

Daha çox göstər
Back to top button