ArtsaxBaşlıcaSiyasət

Artsax məsələsi həll olunmayıb: ER XİN başçısı

ER XİN başçısı qeyd etdi ki, Türkiyə ilə yolların blokadan çıxarılması, xüsusən də Kars Gumri yolunun açılması barədə danışıqlar aparılmır.

Nazir Artsax məsələsinə toxunaraq vurğuladı ki, Artsax məsələsi həll olunmayıb.

“Əsas bir məsələ var- Arstax statusunun müəyyənləşdirilməsi. Bu barədə həmsədr ölkələr XİN başçıları səviyyədə də danışıblar. Mən xüsusən vurğuladım ki, bölgədəki sabitlik və sülhdən danışırıqsa, ortaq bir anlayış olmalıdır, bölgənin qalib və uduzan tərəfləri olmamalıdır. Hamımız başa düşür ki, sülhdən danışırıqsa, ləyaqətli bir sülh olmalıdır “,- deyə o qeyd etdi.

Nazir bildirdi ki, ATƏT Minsk qrupunun həmsədrlərinin də, bu ölkələrin XİN başçılarının bəyanatlarında qeyd olunur ki, həll olunmayan əsas məsələlər var və əsas məsələ Dağlıq Qarabağın statusunun aydınlaşdırılması olaraq qalır.

Nazir Ayvazyan vurğuladı ki, həmsədrlər yaxın vaxtlarda görüşüblər. Nazir həmçinin bildirdi ki, həmsədrlərin bölgəyə səfəri planlaşdırılır.

Daha çox göstər
Back to top button