
ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağa səfəri planlaşdırılır, səfərin təffərrüatları hazırda razılaşdırılır.
TASS-ın verdiyi məlumata görə, bu haqda Rusiya Xarici işlər nazirliyinin mətbuat katibi Mariya Zaxarova brifinq ərzində bəyan edib.
“Həqiqətən də ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağa səfəri planlaşdırılır. Bu səfərin tarixi hələ dəqiq deyil.
Bununla bağlı təffərrüatlar artıq bütün maraqlı tərəflərlə razılaşdırılır”-deyərək o, qeyd edib.