BaşlıcaSiyasət

Mher Grigoryan bölgədə mühasirədən çıxarma məsələsini həll etməyi mümkün sayır

ER Baş nazirinin müavini Mher Grigoryan bölgədə  mühasirədən tamamilə çıxarma məsələsini həll etməyi mümkün hesab edir.

Bu haqda  Qriqoryan jurnalistlərə verdiyi müsahibəsində Rusiya və Azərbaycan Baş nazir müavinləri ilə görüşə istinad edərək qeyd edib.

“Bu ağır işdir. Analiz edilməli və həll edilməsi lazım olan bir çox məsələlər var,  bununla belə, əlbəttə ki, bunun mümkün olduğunu düşünürəm. Bu məsələ ilə əlaqədar çoxsaylı tərkiblər var.

Bu problemi həll etmək üçün  təffərrqatlı qaydayla bunlar  ekspertiziya olunmalıdır ki,sistem formalaşsın və bu  həqiqətən işləyəcək”-deyərək Griqoryan qeyd edib.

Baş nazirin müavini qeyd etdi ki, məqsədə çatmaq üçün Azərbaycanla təmaslarda qarşılıqlı etimad mühiti olmalıdır.

Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrini  mühasirədən çıxarmaq üçün Ermənistan, Rusiya və Azərbaycan Baş nazir müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrupunun yaradılması barədə razılıq yanvarın 11-də üç ölkə liderlərinin Moskvada keçirdiyi üçtərəfli görüşdən sonra əldə edilib.

Ermənistan hökuməti üçtərəfli işçi qrupunda Baş nazir müavini Mher Griqoryanın Ermənistan tərəfini təmsil edəcəyini bəyan etdi. Ermənistan, Azərbaycan və Rusiya Baş nazir müavinlərinin görüşü yanvarın 30-da Moskvada keçiriləcək.

Daha çox göstər
Back to top button