BaşlıcaSiyasət

Moskvada, erməni əsirlərinin sərbəst buraxılmasını tələb edən dinc aksiyalar davam edir

12-ci gündür ki, əsir götürülən ermənilərin sərbəst buraxılmasını tələb edən dinc etiraz aksiyalar Moskvada davam olunur.  Verilən məlumata görə,mitinqlər Rusiyada Ermənistan səfirliyi və Rusiya Federasiyası Xarici işlər nazirliyinin binasının qarşısında keçirilir.

Yanvarın 15-dən bəri “Artsax müharibəsi əsirlərini azad et” plakatları ilə aksiya iştirakçıları bu məsələni qaldırmaq və ictimaiyyətə təqdim etmək üçün bu binaların yaxınlığında dayanıblar.

Təşəbbüs, yanvarın 25-dən etibarən RF Prezidentinə müraciətində müddətsiz aclıq elan edən siyasi elmlər namizədi Grigor Kettsyanın rəhbərlik etdiyi Rusiyada yaşayan ermənilərə məxsusdur.

Epidemiyanın qaydalarına görə kütləvi aksiyalar yerinə fərdi aksiyalar keçirilir. “Bu gün fərdi aksiyanın keçirilməsi yeganə qanuni yoldur, çünki bu gün Rusiyada epidemiya səbəbindən hər hansı bir kütləvi tədbir və aksiya qanunla qadağandır.

Bu anda problemin həllini yalnız Rusiya tərəfinin tapa biləcəyini yaxşı bilirik”- deyərək etirazçı David Tonoyan jurnalistlə söhbətində vurğulayıb ki, tək tələbin əsirlərin geri qaytarılmasıdır başqa bir siyasi kontekstin olmadığını  qeyd edib.

Daha çox göstər
Back to top button