BaşlıcaBeynəlxalq

Transparency International: Korrupsiyanın Qavranması İndeksində Ermənistan 60-cı yeri tutub

Ermənistan 2020-ci il üçün Korrupsiyanın Qavranması İndeksində (Corruption Perceptions İndex) 180 mümkün yerdən 60-cı yeri tutub. Bu, Beynəlxalq Transparecy İnternational təşkilatının yaydığı məlumatdan görünür.

Təşkilatın hesabatına görə, Ermənistan 2019-cu ildə 77-ci yerdə idi, 2020-ci ildə isə, 100 baldan 49 bal yığaraq, nəticəsini yaxşılaşdırdı. Ümumilikdə isə Şərqi Avropa və Mərkəzi Asiya regionunda müsbət dinamika göstərən liderlər Gürcüstan (56 bal), Ermənistan (49) və Belarusdur (47).

Azərbaycan isə, 129-cu yeri tutub. Bu ölkə 2019-cu illə müqayisədə 100 baldan 30 bal yığaraq, nəticəsini pisləşdirib. Azərbaycan öz yerini Rusiya, Qabon, Malavi və Mali ilə bölüşür. 30 vahidlik indeks “korrupsiyanın qavrayış səviyyəsinin çox yüksək olduğunu” göstərir.

Təşkilatın ekspertləri Danimarka və Yeni Zelandiyanı əhalinin qavrayışında ən az korrupsiyaya uğramış ölkələr hesab ediblər. Onların ardınca Finlandiya, Sinqapur, İsveç və İsveçrə gəlir. Almaniya 80 balla 9-cu yerdədir. Siyahının ən aşağısında Somali və Cənubi Sudan (hər biri 12 balla 179-cu yerdə) yerləşib.

Hesabatı tərtib edənlər qeyd edirlər ki, ölkədəki vəziyyətə COVİD-19 pandemiyası güclü təsir göstərib, hökumət isə “korrupsiyaya qarşı effektiv mübarizə üçün kifayət qədər səy göstərmir”.

“Pandemiya, təəssüf ki, korrupsiyaya məruz qalmış hökumətlər üçün əlverişli dövrdür”, deyə hesabat müəllifləri qeyd edirlər.

Daha çox göstər
Back to top button