
Belə bir məsələ ümumiyyətlə yoxdur, Artsax rəhbərliyi bu barədə bütün şayiələri dəfələrlə təkzib edib.
Bununla bağlı Artsax Respublikası Prezidenti Aparatının baş məlumat şöbəsinin müdiri Vahram Poğosyan 168.am-a azərbaycanlı qaçqınların Stepanakert yaxınlığındakı yaşayış məntəqələrinə qayıtması barədə sosial şəbəkələrdə yayılan şayiələrə cavab olaraq bildirib.
“Ancaq elə bir təəssürat yaranır ki, nəinki yalnız Azərbaycan tərəfi, həm də hansısa dezkonstruktiv qüvvələr cəmiyyətdə çaxnaşma yaratmağa çalışırlar.
Bu cür absurd məlumat axınlarının Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən idarə olunması ehtimalını istisna etmirik. Hər halda, bu dezinformasiya məsələsi səlahiyyətlilərin diqqət mərkəzindədir.
Belə ki,Milli Təhlükəsizlik xidməti bu istiqamətdə işləyir”-deyərək Vahram Poğosyan qeyd edib.
Vahram Poqosyanın qənaətincə, bu məsələyə respublika Prezidenti səviyyəsində artıq dəqiq bir cavab verilmişdir.
“Artsax qətiyyən Azərbaycanın bir hissəsi ola bilməz. Rus sülhməramlı qoşunları üçün təhlükəsizlik zəmanətləri ilə müstəqil dövlətçiliyimizi qurmağı biz davam edəcəyik.
Azərbaycanlı qaçqınların nəzarətimizdəki ərazilərə qayıtması isə sadəcə istisna olunur və müzakirə mövzusu deyil. Bu məsələ bizimlə heç müzakirə olunmayıbdır.
Biz bunun nəticələrini olduqca yaxşı anlayırıq.Artsax hakimiyyətlərinin oxşar əmələ raılaşmalırı tam istisna olunur. Təkrar edirəm, oxşar məsələ gündəmdə yoxdur və ola da bilməz.
Amma bilərəkdən dezinformasiya yayanlar sadəcə cinayət işi ilə məşğul olur”- deyərək Artsax Prezident Aparatının Baş İnformasiya şöbəsinin müdiri bəyan edib.