
Azərbaycan tərəfi bir gün qərara gələrsə Ermənistanı ekoloji fəlakət qarşısında qoymaq qərarına gələrsə və Sevan gölünün su ehtiyatlarına zərər toxundurarsa, hədəfdə Gürcüstan, İran, Türkiyə və Azərbaycanın özü olacaq.
Çünki, qeyd olunan bütün bu dövlətlər Ermənistanın səth su resurslarıyla qidalanır.
Bu fikri ekoloq İnqa Zarafyan müsahibəsi zamanı bir sıra ekoloqların düşmənin nəzarəti altında olan Vorotan, Arpa və Sevan göllərinin mənbələrinin təhlükə altında qalması barədə narahatlığını şərh edərkən bildirmişdir.
“Azərbaycan, Gürcüstan, İran və Türkiyə səth sularımızın təsiri altına düşdüyündən, hövzələrimizi təhlükə altına alacaq hərəkətlərin dövlət səviyyəsində planlaşdırıldığını təsəvvür etmək çətindir”-deyərək o, qeyd edib.
Bu günlərdə Zarafyan şəxsən Sotk yaxınlığında olan Geğamasar-Mets Masrik icmalarını ziyarət etdi, su ehtiyatlarının taleyindən narahat olan sakinlərlə görüşübdür.
Ekoloq sakinləri tələsməməyə çağırdı və həmkarlarını bu oxşar elanlar edərkən diqqətli olmağa səsləyib.
“Təhlükədən bəhs etmək üçün onların neçə faizinin Azərbaycanın nəzarətində olduğunu, hansı konkret ərazilərdən, hansı məqamlardan bəhs etdiyimizi başa düşməlisiniz. Bu arada, belə hesablamalar görmədik, çünki hər elanın altında bir hesablama olmalıdır, yox?”-deyərək ekoloq qeyd edib.
Onun sözlərinə görə, dünən keçirdiyi mətbuat konfransında Sevan gölünü qidalandıran Vorotan-Arpa çaylarının mənbələrinin Azərbaycanın nəzarətində qaldığını bildirən ətraf mühit naziri Romanos Petrosyan bu cür məlumat verməyib.
Daha sonra nazirin mətbuat katibi Edgar Arakelyan, nazirin adları çəkilən çayların birbaşa mənbələrini deyil, bu çayları qidalandıran mənbələrin olduğu Vorotan-Arpa çaylarının tutumlarına daxil olan ayrı-ayrı sahələri nəzərdə tutduğunu izah etdi.
Sevan gölünün drenaj hövzəsinə müəyyən dərəcədə təsir edə bilər.