
Rusiya Xarici işlər nazirliyinin mətbuat katibi Maria Zaxarova, həftəlik brifinq zamanı, Rusiyanın əsirləri və saxlanılanları “Hamını hamıya qarşı” formulayla əvəz olunmsı xeyrinə çıxış edib.
Onun sözlərinə görə, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-ci il noyabrın 9-da üçtərəfli bəyanatına əsasən, eləcə də ölkələr arasında yanvarın 11-də əldə olunmuş razılaşmalara uyğun olaraq hərbi əsirlərin və saxlanılanların geri qaytarılması və digər məsələlərlə bağlı işlər davam olunmaqdadr.
“Rusiya tərəfi bu məsələlərdə öz sülhməramlı qoşunları da daxil olmaqla kömək edir. Ölkəmizin Prezidenti və Xarici işlər nazirinin vurğuladığı kimi, bu problemi ən qısa müddətdə həll etməyin ən yaxşı yolu əsirlərin “hamını hamıya qarşı”prinsipi ilə əvəz olunmasıdır”-deyərək Zaxarova qeyd edib.
Xatırladaq ki, Qarabağ münaqişəsi zonasında atəşkəsin bərqərar edilməsindən sonra Azərbaycanda saxlanılan əsirlərin qaytarılması məsələsi erməni tərəfi üçün ən aktual məsələlərdən biridir.
Azərbaycan hakimiyyəti əsirləri geri qaytarmağa tələsmir.Onlardan çoxlarını “terroristlər” və “muzdlular” adlandırır. Bu vətəndaşlara qarşı cinayət işi başlanıb. Bəzi məlumatlara görə, burada ən az 120 əsir var.