
Artsax Respublikasının İnsan hüquqları müdafiəçisi iş heyəti, 2020-ci il üçün məlumatları da əhatə edən Azərbaycanın silahlı qüvvələri tərəfindən Artsaxda mülki şəxslərin öldürülməsi barədə aralıq hesabatı yeniləyib.
Mülki şəxslərin qətlləri dekabrın 22-dən etibarən aparılan əməliyyat axtarışları nəticəsində aşkar edilmişdir. Bu haqda Artsax İnsan hüquqları müdafiəçisinin iş heyəti üzrə ictimaiyyətlə əlaqələr şöbəsindən məlumatlandırılıb.
Hesabatda, 2020-ci il sentyabrın 27-dən Artsax Respublikasına qarşı Azərbaycan və Türkiyənin hərbi təcavüzü ərzində məqsədli zərbələr nəticəsində və Azərbaycanın silahlı qüvvələrinin nəzarəti altında olan (əsir götürülən) mülki şəxslərin öldürülməsi hadisələri haqqında təffərrüatlı məlumatlar yer tapıb.
2020-ci il, sentyabrın 27-dən – 2021-ci ilyanvarın 28-nə düşən müddətdə, Azərbaycan silahlı qüvvələri tərəfindən 72 mülki şəxslərin qətli ilə bağlı hadisə qeyd edilib. Onlardan 41 nəfəri hədəf alınınması nəticəsində və 31 nəfərisə əsirlikdə olarkən öldürülüb.
Hesabatda yalnız təkzibolunmaz əsaslarla sübut edilmiş hallar təqdim edilmişdir, lakin Artsax Respublikasının İnsan hüquqları müdafiəçisi iş heyəti nəticələri irəli sürülən digər hesabat işlərinin araşdırılmasını tələb edən məlumatları almağa davam edirlər, nəticələrsə Hesabata əlavə yeniləmələrlə daxil ediləcəkdir .
Hesabatın yenilənməsi zamanı Ombudsman Aparatı itkin düşmüş mülki şəxslər barədə məlumat almağa davam etdi, ehtimal ki, bəziləri Azərbaycanda əsir düşmüş, bəzilərinin isə Azərbaycan silahlı qüvvələri tərəfindən öldürüldüyü güman edilir.
Bu haqda Azərbaycanın nəzarətində olan Artsax yaşayış məntəqələrində mülki şəxslərin cəsədlərinin tapılması halları isbat edir.
Bəzi ölənlərin cəsədləri ölümdən bir müddət sonra tapılıb, bunun üçün konkret hallarda ölüm hallarının təfərrüatlı şəkildə araşdırılması, törədilən cinayətlərin izlərinin müəyyənləşdirilməsi üçün dərin bir peşəkar ekspertiza tələb olunur, lakin bəzi hallarda Məhkəmə tibbi ekspertizanın ilkin nəticəsi olaraq təqdim olunub.