
ER Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi Artsrun Hovhannisyan Artsaxa qarşı Azərbaycanın başlatdığı müharibədə məğbuliyyətin səbələrindən biri Türkiyənin iştirakını hesab edir.
“Armenpress” in verdiyi məlumata görə, Hovhannisyan bunu Parlamentdə jurnalistlərlə söhbətində söyləyib.
“Türkiyənin iştirakını da hesaba alın. Müharibə 10-12 qat daha böyük qüvvələrə qarşı başladı və təxminən 5-6 qat daha böyük qüvvələr vuruşdular. Belə nəhəng regional gücə qarşı müharibə çox ağırdır. Bütün bunları məğlubiyyət səbəbləri barədə danışarkən unutmayın”- deyə o qeyd edib.
Artsrun Hovhannisyan qeyd edib ki, məğlubiyyətin səbəblərindən biri də ümumi hazırlıqsızlıq ola bilər.