Başlıcaİctimaiyyət
Şurnuxda və Vorotanda mənzillərini itirən ailələr üçün yeni evlər tikiləcək

Ermənistan Respublikası Baş nazirinin müavini Tigran Avinyan Syunik bölgəsinə işgüzar səfəri çərçivəsində Vorotan və Şurnux icmalarında görüşlər keçirib.
Bu haqda Tigran Avinyan Facebook səhifəsində yazıb.
“Sakinlərlə aparılan müzakirələr nəticəsində mənzillərini itirmiş ailələr üçün yeni evlərin tikiləcəyi barədə razılığa gəldik. Mənzil itirən hər ailənin hər bir üzvünə 300.000 AMD məbləğində birdəfəlik yardım veriləcəkdir.
Mənzilini itirən hər bir ailə üzvü mənzil tikilməsinə kimi ən azı 6 ay ayda 68.000 AMD alacaqdır”—deyərək ER Baş nazir müavini qeyd edib.