
Pilotsuz uçan aparatlar vasitəsiylə həyata keçirilən uçuşları sayəsində türk tərəfi yalnız video nəzarəti üçün deyil, həm də radio kəşfiyyatı üçün fürsət əldə edəcəkdir.
Bu haqda “Henaket” analitik mərkəzinin rəhbəri, Artsax Prezidentinin keçmiş müşaviri Tigran Abrahamyan öz Facebook səhifəsində yazıb.
“Rus-türk ortaq monitorinq mərkəzinin digər təhlükəli faktoru:
Türk tərəfi yalnız video nəzarət üçün deyil, pilotsuz uçuşlardan istifadə edərək radio kəşfiyyatı üçün də fürsət əldə edəcəkdir.
Mənim fikrimcə, bu “monitorinq” in təhdidləri hələlik tam anlaşılmayıb.
Qeyd edək ki, monitorinq mərkəzinin, Akna rayonunda (keçmiş Ağdamda) və ya Bakıda yerləşməsinin heç bir əhəmiyyəti yoxdur, çünki yer seçimi təhlükəsini heç bir şəkildə artırmır və azaltmır.
Mərkəzin fəaliyyəti nəticəsində irəli gələn təhdidlər onun funksional imkanlarını və uzağa gedən niyyətlərindədir”- deyərək o, yazıb.