
Azərbaycan və Türkiyə silahlı qüvvələrinin ortaq hərbi təlimləri Türkiyənin Kars vilayətində 1 fevralda başlayır. Türkiyə Müdafiə Nazirliyi Twitter mikrobloqunda hərbi təlimlərin başlanması üçün son hazırlıqlarını elan edib.
“Qış-2021 Türkiyə-Azərbaycan Birləşik Müştərək Tabor Xidmət Gücü Təlimi” 1-12 fevral tarixlərində Türkiyənin Kars vilayətində keçirilməsi planlaşdırılır. Təlimin məqsədi iki silahlı qüvvə arasında əməkdaşlığı inkişaf etdirmək, qış şəraitində döyüş meydanında birgə əməliyyatları koordinasiya etməkdir. Türkiyə tərəfinin fikrincə, bu, son hərbi təlimlərdən ən böyük təlimi olacaq.