
“Türkiyə əvvəlcə Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həllinə çağırdı, ancaq xarici güclər Ermənistanı dəstəkləməyə davam edərək Ankara ilə razılaşmadılar”-deyərək Türkiyənin Xarici işlər naziri Çavuşoğlu bəyan edib.
Anadolunun verdiyi məlumata görə, Türkiyə Xarici işlər naziri bu haqda hakim türk partiyasının Antalyadakı qurultayı zamanı bəyan edib.
Çavuşoğlunun fikrincə, münaqişənin sülh yolu ilə həllinin mümkünsüzlüyü səbəbindən Azərbaycan özünə məxsus olanı fəal şəkildə geri qaytarmaq məcburiyyətində qaldı.