ArtsaxBaşlıcaSiyasət

Ermənistan Azərbaycana qarşı dövlətlərarası iddia qaldırıb

ER Hökuməti fevralın 1-də Avropa İnsan Haqları Məhkəməsində Azərbaycana qarşı dövlətlərarası iddia qaldırıb. Ermənistan Azərbaycanı 44 günlük müharibə və ondan sonrakı dövrdə beynəlxalq konvensiyaları pozmaqda günahlandırır.

Ermənistanın AİHM-dəki ofisindən alınan məlumatlara əsasən, Ermənistan hökuməti iddia edir ki, Azərbaycan Ermənistan və Artsax əhalisinin yaşayış, toxunulmazlıq, mülkiyyət, şəxsi və ailə həyatı, təhsil və digər bir sıra hüquqlarını pozub.

İddiaya müxtəlif dəlillər əlavə edilib, həmçinin hərbi əsirlərin və mülki şəxslərin, Artsaxdan didərgin düşmüş əhalisi, həlak olan və yaralılarınç evlərini itirmiş şəxslərin hüquqlarının qorunması məsələlərinə toxunulub.

Azərbaycana qarşı olan bu dövlətlərarası iddia çox cavib addımdır. Bu baxımdan, bu şikayətin Ermənistan Respublikası tərəfindən Avropa Məhkəməsinə göndərilən ilk dövlətlərarası iddia olması diqqət çəkir.

Yaxın vaxtlarda təqdim olunmuş iddiaları sübut edən əlavə çoxsaylı dəlillər Avropa Məhkəməsinə göndəriləcək.

Daha çox göstər
Back to top button