BaşlıcaSiyasətTəhlil

İran xarici işlər nazirinin regiona səfəri – Tehran nə təklif edir?

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif regiona səfəri çərçivəsində Bakı, Moskva, Yerevan, Tbilisi və Ankarada olub. İranşünas Garik Misakyan “Region” (“Taratsaşrcan”) verilişində İran Xİ naziri səfərinin məqsədləri və Yerevanda səsləndirdiyi bəyanatın mesajları barədə danışdı.

Ekspertin fikrincə, Artsaxdakı son müharibədən sonra İran tərəfi anlayıb ki, həm üçtərəfli razılaşmanın imzalanmasıyla geosiyasi proseslərdən kənarda qalıb, həm də Azərbaycan Respublikası ərazisində yumşaq güc baxımından öz mövqelərini Türkiyəyə verib, hansı ki Azərbaycana açıq-aşkar dəstək verərək Azərbaycanın daxili auditoriyası üçün pantürkist ordunun birgə gücünün göstərişi təşkil etdi. İran iqtisadi komponenti ilə regiona girməyə çalışır. Xüsusilə də bir sıra azərbaycanlı məmurlardan, o cümlədən Ceyhun Bayramov və Mustafayevin səfərləri zamanı zəbt edilmiş ərazilərin bərpası işlərində iştirak etmə təklifindən sonra. İran hökuməti “qonşularla sıfır problem” siyasəti yürüdür və ABŞ sanksiyalarının altında olduğu için öz hakimiyyətinin son illərində iqtisadi komponenti inkişaf etdirməyə çalışır və beləcə də siyasi dividentlər almaq istəyir. İran tərəfinin Ermənistan bazarından Türkiyənin xaric olunmasından sonra böyük planları var. Yəni, səfər, iqtisadi komponentin inkişafı və Artsax prosesinə cəlb edilməsi məqsədi daşıyırdı.

İranşünas “Ermənistan sərhədinin İranın qırmızı xətti olması” haqqında Zərifin sözlərinə gəlincə, qeyd etdi ki, ümumi olaraq İran regionda daima balanslı siyasət aparmışdır: “İranın Artsax sərhədləri ilə bağlı problemləri yoxdu, amma bu yeni vəziyyətdə, İran yeni geosiyasi reallıqla qarşı-qarşıdadır, çünki Artsax İran üçün də pantürkizmə qarşı mübarizədə təhülkəsizlik zona idi. Ermənistanda Zərifin etdiyi bəyanatı, onun Bakıda etdiyi bəyanatı ilə balanslı qiymətləndirə bilərik. İran ermənilərin nəzarətində olan bu böyük təhlükəsizlik zonasını itirib və başa düşür ki, indi Syunik Naxicevan və Türkiyəni Azərbaycandan ayıran və pantürkizm üçün əsas baryeri olaraq qaldı. Türkiyən və Azərbaycan KİV-lərində Syunikin türklərə aid olmasına dair son məlumatları da xatırlayaq. İran tərəfi Ermənistan-İran quru sərhədindən ciddi şəkildə narahatdır və bu bəyanat həm Ermənistan, həm də bakı üçün bir mesajdı. Qeyd edək ki, İran heç bir zaman Qafqaz dövlətlərinin ərazi bütövlüyü barədə danışanda qırmızı xət ifadəsindən istifadə etməyib”.

Ekspert hesab edir ki, regionda terrorçuların mövcudluğu ilə bağlı Zərifin sözləri onu göstərir ki, müharibənin ilk günlərindən bəri terrorçular məsələsi İranı narahat edən əsas məsələlərdən biri idi, çünki İran daima terrorçuları öz sərhədlərindən uzaq tutmağa çalışıb. Ancaq, İran bu məsələni həll etmək üçün Artsax müharibəsinə müdaxilə edə bilməzdi. İndi isə, yenə bu məsələni qaldırır. İran, Zərifin səfərindən öncə də, azərbaycanlı məmurlarla müxtəlif səviyyədə olan dörüşlərdə terrorçular barədə danışdı. Bu, İranın Bakıya təsir etmək üçün istifadə etdiyi bir alətdir. Zərifin açıqlaması İranın bu məsələlərdə Ermənistanla əməkdaşlıq etmək istədiyinin göstəricisidir.

“Müharibədən sonra həm biz, həm İran yeni vəziyyətlə qarşı-qarşıyıq və bu səfərlər həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik baxımından yeni gündəmin hazırlanması və daha sıx əməkdaşlıq üçün təməl yarada bilərlər”,-deyə iranşünas qeyd etdi.

Garik Misakyan İranda yaxın gələcəkdə keçiriləcək seçkilərdə mühafizəkarların mümkün qələbəsi barədə danışanda vurğuladı ki, mühafazakar qolu Ermənistan üçün iqtisadidən başqa, həmçinin təhlükəsizlik və anti-trk cebhəsində əməkdaşlıq üçün daha geniş imkanlar yaracaq. Ekspertin sözlərinə görə, Türkiyə-İran münasibətləri iqtisadi baxımdan nə qədər də hamar olsalar, bu iki dövlət və Rusiya arasında bölgədə güc nümayişi baxımından rəqabət var. Ermənistan isə, anti-türk cebhədə tərəfdaş ola bilər və bu seçkilərin nəticələri İranla əməkdaşlıq üçün yeni perspektivlər açacaqdır.

Daha çox göstər
Back to top button