BaşlıcaSiyasət

Medvedev: “Dağlıq Qarabağın statusu məsələsi hələ həll olunmayıb”

Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev Dağlıq Qarabağın statusu məsələsinin hələ həll olunmadığını bildirdi. TASS-a istinadən verilən məlumata görə, bu haqda Rusiya KİV-lərinə verdiyi müsahibə ərzində qeyd edib.

 “Bu gün hər kəsə aydındır ki, status məsələsi (red. – Dağlıq Qarabağ) həqiqətən həll olunmayıb, lakin indi müzakirə oluna bilməz, çünki bu status müzakirələrinin hər hansı bir elektrikləşdirilməsi güclü ittihamlar toqquşmasına səbəb ola bilər”- deyərək Medvedev bu mövzuda tərəflərin “mövqeləri bu məsələdə  çox fərqli olduğunu, hətta Ermənistan daxilində mübahisələr getdiyini” vurğulayıb.

Medvedev, hətta Ermənistanın da Qarabağın müstəqilliyini tanımadığını xatırladaraq qeyd etdi: “Status məsələsini təxirə salmaq daha yaxşı olar”.

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini də Rusiya Prezidenti Vladimir Putinin Dağlıq Qarabağ münaqişəsinin həllindəki rolunu yüksək qiymətləndirdi.

“Bu olduqca incə və həssas iş olub və mən günlərin birində onu izləməyə nail olmuşam. Vladimir Vladimiroviç bütün münaqişə tərəfləri ilə saatlarla müzakirə aparıb.

Əgər onun işi olmasaydı, səmimi desək, münaqişə bu günə qədər davam edə bilərdi.

Bu, həm Azərbaycan, həm də Ermənistanın Rusiya Prezidentinə çox minnətdar olması üçün çox böyük bir iş olub”-  deyərək Medvedev bəyan edib.

Hazırda münaqişənin aktiv mərhələsinin dayandırıldığından məmnun olduğunu  “vəziyyət ümumiyyətlə sakitdir və ən əsası insanlar ölmür, inkişaf üçün bir fürsət var”- deyərək  o, qeyd edib.

Daha çox göstər
Back to top button