
Bu gün Qarsda başladılan növbəti türk-azərbaycan hərbi təlimlərinin məqsədi nədir, hansı problemi həll etməyə çalışırlar?
Ekspertlər onların mesajlarının açıq-aydın olduğunu düşünür – hərbi təlimlər Rusiyaya, eyni zamanda erməni cəmiyyətinə əlavə psixoloji təzyiq göstərməyə yönəlib.
Bunlarla yanaşı ekspertlərin fikrincə, yeni müharibə təhlükəsi realdır.
“Radiolur” ilə söhbət əsnasında icma rəhbəri Harutyun Tarlanyan kənddə olmasa da, başlayan hərbi təlimlərin səslərini eşitməyi çatdırıb.
“Səslər eşitmişəm. Onlar müntəzəm deyildi,amma vaxtaşırı səslənirdi.Məncə “qradın” səsiydi.
“Bu, ilk növbədə Rusiyaya qarşı yönəldilmişdir, çünki Türkiyə-Azərbaycan qüvvələri qələbə fonunda güclərini bölgədə təsirli olduqlarını və ən vacib orduya sahib olduqlarını göstərməyə çalışırlar.
Digər tərəfdən, məqsəd erməni əhalisinə psixoloji təzyiq göstərməkdir”-deyərək ekspert Karen Hovhannisyan qeyd edib.
Türkoloq Ruben Safrastyan Qarsda başlayan hərbi təlimlərin Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının davamı olduğunu düşünür. Türkoloq narahatlığa səbəb görür.
“Hücum qüvvələrinin nümayəndələrinin təlimlərdə iştirak etməsindən narahatam. Bunlar məncə, Ermənistana hücum hazırlamağa yönəldilməlidir. Yəni hər ikisi də hərbi hazırlıq təlimləridir və məqsəd,psixoloji təzyiq göstərməkdir”.
Lakin Qarsla həmsərhəd olan Anipemzada icma rəhbəri Harutyun Tarlanyanın sözlərincə, hərbi təlimlər adamların əhval-ruhiyyəsi üzərinə hər hansısa təsir göstərməyib.
“Heç bir qorxu, narahatçılıq yoxdur. Əhali uzun müddətdir ki, bu bu təlimlərin fevralın 1-dən etibarən keçiriləcəyini eşidibdir. Qorxmaq yox, sadəcə fərqli söz-söhbətlər olur.
Allah eləməmiş sakinlər üçün ehtiyac olarsa kifayət qədər sığınacağımız var.Qoy bizim ölkəmizdə sülh və əmin-amanlıq olsun, hərbiçilərimizə isə Tanrı sarsılmaz irədə bəxş etsin”.