Avropa Parlamentinin Ermənistan və Azərbaycan üzrə məruzəçiləri erməni əsirləri geri qaytarmağa çağırır

Avropa Parlamentinin deputatı, Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri Marina Kalyurand, Avropa Parlamentinin Ermənistan üzrə daimi məruzəçisi, deputat Andrey Kovaçyev və Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi, deputat Zelyana Zovko birgə bəyanatla çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların bərpa olunmasının vacibliyini vurğuladılar.
“Ermənistan və Azərbaycan arasında keçən il baş verən müharibə dəhşətli bir insan faciəsi idi. Biz 9 noyabr razılaşmadan sonra vəziyyətin sabitləşməsini, bəzi faciəvi hadisələrə baxmayaq, atəşkəs rejiminin qorunmasını alqışlayırıq. Ancaq lazımi barışığa nail olmaq üçün daha çox şey lazımdır. Dağlıq Qarabağ münaqişəsinin və bölgənin gələcək hüquqi statusunun aydınlaşdırılması həmişəki kimi zəruri olaraq qalır”.
Qeyd olunub ki, atəşkəs razılaşmasının tam şəkildə həyata keçirilməsi zəruri addımdır, amma təəssüf ki, əsir mübadiləsi hələ ki tam həyata keçirilmədi.
“Hərbi əməliyyatlar bitdikdən sonra əsir götürülən bəzi erməni hərbçilərinin sərbəst buraxılmasını alqışlayırıq və Azərbaycanı etimadın bərpa olunması üçün qalan əsirləri də azad buraxmaya çağırırıq”,-bəyanatda vurğulandı.