BaşlıcaEkonomika

Bakı İngiltərə ilə əməkdaşlıq edərək Xəzər neft yatağından 164 milyard dollar gəlir alıb

Azərbaycan Dövlət Neft Fondu bəyan edib ki, Azərbaycan Dövlət Neft Şirkəti, İngiltərənin BP şirkəti ilə müqavilənin üzvü olan şirkətlər 2001-ci ildən bəri Azəri-Çıraq -Gunəşli neft yataqlarından 498 milyon ton neft çıxarıb.  Bu barədə Pars Today yazır.

Bildirilir ki, 2001-ci ildən bəri bu neft yataqlarından ixrac olunan neftin ölkəyə 164 milyard dollar gəlir təmin edib.

Yuxarıda qeyd olunan Xəzər neft yataqlarından neft hasilatı və ixracından əldə olunan gəlir, İngiltərənin BP şirkəti və tərəfdaşlarının gizli saxlanılan gəlirlərindən ayrıdır.

İqtisadçısı Ğobad Ebadoğlu deyir. “Azərbaycan TANAP və TAP qaz boru kəmərlərinin inşası, Xəzər qazının Avropaya və Türkiyəyə nəqli və kreditlərin qaytarılması üçün 40 milyard dollar xərcləyib. Bu pulu qaytarmaq və vergilərini ödəmək üçün Bakı qaz gəlirlərini bir əsr boyunca toplamalı olacaq”.

Daha çox göstər
Back to top button