BaşlıcaBeynəlxalq

BMT Ermənistanda sığınmış artsaxlılara 2 milyon dolar həcmində yardım ayırıb

BMT 2 milyon ABŞ dolları həcmində Dağlıq Qarabağda  və onun ətrafında baş vermiş münaqişə nəticəsində  Ermənistanda sığınmış adamlara həyati əhəmiyyətli humanitar yardım göstərmək üçün maliyyə yardımı ayırmışdır.

BMT-nin Ermənistandakı idarəsindən alınan məlumata görə, bu fondlar dərhal Ermənistanın keçən həftə başlanan və BMT-nin humanitar partnyorlarının köçkün icmaların əsas ehtiyaclarını ödəmək üçün resurs ehtiyaclarını müəyyənləşdirən önəmli dəstəkdir

BMT ,öz evlərini  məcburi tərk etmiş adamlara münaqişənin elə əvvəlindən  yardım edib və adamlara  oxşar vəziyyətdə qalanacan yardımını əsirgəməyəcəkdir”-deyərək Ermənistanda BMT-nin daimi sistemləşdiricisi Şombi Şarp bəyan edib.

Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Təcili Yardım Fonundan (CERF) maliyyələşdirmə qaçqınlara ev sahibliyi edən cəmiyyətlərə önəmli yardım göstərməyə də  kömək edəcəkdir.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının UNICEF vasitəsi ilə verdiyi dəstək, bütün həssas qrupların, xüsusən də uşaqların məktəb, psixososial dəstək və sığınacaq kimi əsas tibbi yardım xidmətlərinə və ehtiyac duyduğu qeyri-ərzaq məhsulları kimi xidmətlərə sahib olmasını təmin edəcəkdir.

Önəmlik, qadınlara, uşaqlara, qocalara və əlillərə veriləcək.

Proqram, münaqişənin başlanğıcından verilən dəstəyi genişləndirir. 2020-ci ilin oktyabr və dekabr ayları arasında 33 BMT agentliyi yataq dəsti, dəsmal, tualet ləvazimatları, ev əşyaları, 1.000 qatlanan çarpayı, qadın və uşaqlarına sosial və psixoloji dəstək və kommunal xidmətlər daxil olmaqla 33.330 qeyri-ərzaq məhsulu təqdim eedib.

Ermənistanda məktəbəqədər təhsil müəssisələrində və məktəblərdə oxuyan 11.500 uşağa da yardım göstərilmişdir.

Bir sıra digər fəaliyyətlərə əlavə olaraq hər ay təxminən 18.000 adama yüzlərlə ton qida yardımı verilir.

Daha çox göstər
Back to top button