ArtsaxBaşlıca

Artsaxın RF-dakı daimi nümayəndəliyinin fəaliyyəti dayandırılmayacaq: Artsax XİN

Artsax Respublikasının Rusiya Federasiyasındakı daimi nümayəndəliyinin fəaliyyəti dayandırılmayacaq.

Bu barədə Artsax Respublikası XİN-in İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən bildirilib:

“Bu cür məlumatlar həqiqətə uyğun gəlmir. Xarici ölkələrdə fəaliyyət göstərən Artsax Respublikasının daimi nümayəndəlikləri, Artsax Respublikasının, vətəndaşlarının mənafelərinin qorunmasına, müxtəlif sahələrdə qarşılıqlı faydalı əlaqələrin inkişafına və təşviqinə və qanunla müəyyən edilmiş digər funksiyalara yönəlmiş normal fəaliyyətlərini davam etdirirlər”.

Qeyd edək ki, dünəndən bəri mediada Artsax Respublikasının Rusiyadakı daimi nümayəndəliyinin fəaliyyətinin dayandırılacağı barədə məlumatlar yayılıb.

Daha çox göstər
Back to top button