BaşlıcaSiyasət

Calal Harutyunyana yeni vəzifə verilib

Artsax Müdafiə Ordusunun sabiq komandiri, general-leytenant Calal Harutyunyan Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəisi təyin olunub.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Gevorq Altunyan bildirib.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəisi Movses Hakobyan idi. Movses Hakobyan 2020-ci il noyabrın 18-də vəzifədən istefa etmişdi.

Xatırladaq ki, Calal Harutyunyan Artsax müharibəsində yaralanmışdı və oktyabrın 27-də Artsax Müdafiə naziri vəzifəsindən azad edilmişdi.

Bundan əvvəl yayılan məumatlara əsasən isə, ER Baş naziri Nikol Paşinyan ona ER Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsini təklif etmişdi.

Daha çox göstər
Back to top button