
Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qrikoryanın, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafanın növbəti görüşü fevral ayında keçiriləcək.
Bu haqda ER Baş nazirinin müavini Mher Qrikoryanın idarəsindən məlumatlandırılıb.
Baş nazir müavinlərinin ilk görüşü yanvarın 30-da Moskvada keçirilmişdir.Görüş zamanı Azərbaycan prezidentinin, Ermənistan Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 2020-ci il noyabrın 9-da olan bəyanatının 9-cu bəndinin icrasından irəli gələn əsas iş istiqamətləri, 2021-ci il yanvarın 11-də bəyanatının 2-ci, 3-cü, 4-cü bəndləri müzakirə edilib.
Tərəflər ekspert alt qrupları yaratmaq, 2021-ci fevralın 2-nə kimi bunları formalaşdırmağı və 2021-ci il fevralın 5-nə kimi alt qrupun ilk iclaslarını keçirmək barədə razılığa gəldilər.
Mher Grikoryanın idarəsindən alınan məlumata görə, Ermənistan tərəfdən, Ərazi İdarəetmə nazirliyi, İqtisadiyyat nazirliyi, Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik xidməti və ER Xarici İşlər nazirliyinin mütəxəssisləri Ermənistan dəmir yolu, avtomobil nəqliyyatı mütəxəsissləri cəlb olunacaq..
Üçtərəfli işçi qrupunun növbəti görüşü Moskvada keçiriləcək.