BaşlıcaBeynəlxalq
Freedom House: Xaricdəki azərbaycanlılar hakimiyyətin hədəfində

“Freedom House” insan haqları təşkilatı fevralın 4-də yaydığı hesabatda transmilli repressiyanın qlobal miqyasda demokratiyaya getdikcə daha çox təhdid yaratdığını bildirir. Məlumatı AzadlıqRadiosu yayıb.
2014-cü ildən bəri Azərbaycan hakimiyyəti xaricdəki müxalifət fiqurları və jurnalistləri hədəfə alıb. Ukrayna, Gürcüstan və Türkiyədən dördü jurnalist olmaqla beş nəfəri təhvil ala bilib.
Hesabatda deyilir ki, Rusiya, İran, Pakistan, Azərbaycan, beş Orta Asiya ölkəsi xaricdəki vətəndaşlarını hədəfə alan ölkələr sırasındadır. Onlar hücumlar, saxlama, qanunsuz deportasiya taktikalarından istifadə edir.