BaşlıcaSiyasət

“Hayastani Hanrapetutyun” qəzeti: “Qars təlimlərinin hərbi-siyasi mesajları”

“Türkiyə və Azərbaycan Ermənistan yaxınlığındakı Qarsda on günlük ortaq hərbi təlimlərə başlayıb. Təlim mesajının hərbi tərəfi iki ölkənin qoşunlarının birgə komanda-qərargah qarşılıqlı fəaliyyətinin effektivliyinin yoxlanılması və qoşunların döyüş effektivliyinin artırılmasıdır.

Təlimlərin hərbi-siyasi mesajları daha çox çoxmənalı xarakter daşıyır. Əgər bu üçtərəfli bəyannamənin müddəalarını yerinə yetirmək və regional iqtisadi əməkdaşlığı, açıq bir logistika infrastrukturunu genişləndirmək üçün Ermənistana təzyiq göstərmək məqsədini daşıyırsa, bu məntiqsizdir.

Bu kimi məsələlər bir tərəfdən qanuni qüvvəyə malik olan üçtərəfli bəyanatda müəyyən olunduğundan, əgər pozuntusu varsa, şübhəsiz ki, onu edən Azərbaycan tərəfidir.

Əgər təlimlərin Ermənistanın Qərb sərhədlərinə yönəldildiyi versiyasını nəzərə alsaq, bu birbaşa Rusiya ilə qarşıdurmaya hazırlıq deməkdir, çünki məlumdur ki, Ermənistan və Rusiya arasında dövlətlərarası razılaşmaya əsasən sərhəd Rusiya sərhəd qoşunları və Gümrüdəki 102-ci hərbi baza tərəfindən idarə olunur”.

Daha çox göstər
Back to top button