
Ermənistan hökuməti 750 milyon dollarlıq avrobondlar buraxılışını iğurla həyata keçirib ki, onu ER Baş naziri Nikol Paşinyanı iqtisadiyyat ilinin başlanığıçün nəhəng müsbət siqnal hesab edir.
“Qeyd etmək vacibdir ki, bu buraxılış bizim respublikamızın ən səmərəli şəraitləriylə və ən aşağı faizlə baş tutub.Və bu, iqtisadiyyatımız üçün çox güclü bir siqnaldır.
Birinci, bununla makroiqtisadi sabitlik formalaşıb.İkinci. İkinci, deyə bilərik ki, bu müharibədən sonrakı iqtisadi şoku aradan qaldırmaq üçün ciddi siqnaldır, bu da beynəlxalq investorların Ermənistanın iqtisadi gələcəyinə və hökumət tərəfindən yürütdülən siyasətə inamı göstərir”-deyərək Nikol Paşinyan hökumət iclası zamanı bəyan edib.
Baş nazirin sözlərinə görə, bu mövzuda müəyyən müzakirələr olduğu üçün, bu buraxılış heç də qeyri-adi, görünməmiş olay deyil.Ona görə ki,bu 2021-ci il dövlət büdcəsinin defisitini maliyyələşdirməkçün nəzərdə tutulub.
“Bu baxımdan iqtisadi ili çox güclü bir müsbət təkanla başladığımızı qeyd edə bilərik. Və ümid edirik ki, bu müsbət siqnal zəncirvari reaksiya irəli sürəcək.
Bildirmək istərdim ki, buraxılış faizi 3.8% -dir. Xatırlatmaq istəyirəm ki, çox uğurlu olan 2019-cu il yenə də misilsiz dərəcədə aşağı faizlə 4.2 % olmuşdur.
Qeyd etmək lazımdır ki, tələb olduqca yüksək idi, təqribən 3 milyard dollar olub. Lakin hazırda 750 milyon dollar cəlb etməkçün qərar verdik”-deyərək o, qeyd edib.